Axin.az xəbər verir ki,əhalinin getdikcə azaldığı Bolqarıstanda. Əmək və Sosial Siyasətlər Nazirliyi ucuz işci tapmaq üçün Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Monqolustan ilə əməkdaşlıq axtarır.
Əmək və Sosial Siyasətlər naziri Denitza Saçeva ölkəyə Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan mövsümi işçi kimi gələnlərin bazar ehtiyaclarını qarşılamadıqlarını söylədi. Saçeva hər il bu ölkələrdən orta hesabla 8 min adamın işləmək ücün , xüsusi ilə turizm sektorundakı kadr çatışmazlığını örtmək üçün Bolqarıstana gəldiyini ifadə etdib.
Saçeva ölkəni ucuz işçi qüvvəsi ilə təmin etmək üçün Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Monqolustanı bu ölkələrə əlavə edəcəklərini və bu ölkələrlə lazımlı danışıqların aparıldığını söylədi. 2011-ci ildə Bolqarıstanda əhalinin siyahıya alınmasında əhalinin 7,36 milyon olduğu təyin olundub. 2007-ci ildə ölkə Avropa Birliyinə (AB) üzv olandan və sərbəst hərəkət etmək hüququ qazandıqdan sonra əhali keçən il 7 milyondan aşağı düşmüşdü.
Milli Statistika İnstitutunun (NSI) məlumatına görə, keçən il 15 - 64 yaş arasında işçilərin sayı 3,2 milyon nəfər idi. Orta əmək haqqının 630 avro olduğu ölkədə işçilərin 12 faizi minimum əmək haqqı 155 avro alır. Mənbə . CNNTURK.com