axin.az

SON DƏQİQƏ

İran təyyarə qəzasında həlak olanların meyitlərini Ukraynaya təhvil verməyə hazırdır

17-01-2020, 09:58

İran təyyarə qəzasında həlak olanların meyitlərini Ukraynaya təhvil verməyə hazırdırİranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Ukraynanın xarici işlər naziri Vadim Pristayko arasında telefon danışığı baş tutub.

“Axin” xəbər verir ki, bu barədə İran XİN-nin rəsmi “Telegram” kanalında məlumat yerləşdirilib.

Qeyd olunub ki, rəsmi Tehran təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının meyitlərini Kiyevə təhvil verməyə hazırdır. Zərif bildirib ki, İran həmçinin "qara qutu"nun açılmasında ukraynalı mütəxəssislərin köməyini də qəbul edəcək .

Vadim Pristayko isə, öz növbəsində, əməkdaşlığa və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.

Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA