Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
Müsavat Partiyasının mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı, eləcə də ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri iştirak ediblər.