axin.az

SON DƏQİQƏ

“Nissan” “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib

13-01-2020, 12:52

“Nissan” “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndiribAvtomobil istehsalçısı olan “Nissan” şirkəti “Renault - Nissan – Mitsubishi” alyansının keçmiş rəhbəri Karlos Qon ilə bağlı yaşanan qalmaqal fonunda “Renault” ilə ittifaqdan çıxmaq planının hazırlanmasını sürətləndirib.

“Axin.az” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Financial Times” şirkət rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, istehsalat və mühəndis-texniki sahələrində əməkdaşlığa son qoyulması, “Nissan”ın idarə heyətində dəyişikliklər edilməsi planlaşdırılır. Eyni zamanda nəşr qeyd edir ki, əməkdaşlığa son qoyulması rəqabət mühitində çalışmaq üçün yeni tərəfdaşların tapılmasına ehtiyac yaradacaq.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayından bəri Yaponiyada istintaq altında olan, maliyyə fırıldaqlarında günahlandırılan Karlos Qon ötən il dekabrın 31-də “ev dustağı” olduğu yerdən qaçaraq Livanda olduğunu açıqlayıb. Livanın isə Yaponiya ilə qarşılıqlı ekstradisiya sazişi yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA