Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bu ölkənin İrandakı səfiri Robert Makeranın saxlanılmasını “beynəlxalq hüququn kobud və əsassız şəkildə pozulması” kimi qiymətləndirib.
“Axin.az” xəbər verir ki, XİN rəhbərinin bəyanatında qeyd olunub ki, İran hökuməti yol ayrıcında qalıb:
“ İran onu müşayiət edən siyasi və iqtisadi təcrid statusu qazanmaqla Pariah (Hindistanın cənubundakı Tamilandada təcrid olmuş kasta - Red) satusu qazanmaq yolunu davam etdirə bilər və ya gərginliyi azaltmaq, diplomatik yolla vəziyyəti sabitləşdirmək üçün addımlar ata bilər” deyə XİN başçısı əlavə edib.
Qeyd edək ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makera şənbə günü İranın paytaxtı Tehranda keçirilən etiraz aksiyalarının təşkilində və aksiyalarda iştirak etdiyi üçün bir neçə saatlıq saxlanılıb.