Amerikalı reper Kardi B dəyəri 5,8 milyon dollar olan yeni malikanə alıb.
Axin.az xəbər verir ki, bu barədə ifaçı 56 milyonluq izləyicisi olan İnstaqram səhifəsində yazıb. Kardi yaxın vaxtlarda ora köçəcəyini qeyd edib.
Qeyd edək ki, həmkarı Ofset ilə evli olan reperin Kiyari adlı bir qızı var. Kardi B çox vaxt lüks həyat tərzi ilə gündəmə gəlir. Ötən il o, qızına brillyant qaşlarla bəzədilmiş qızıl bilərzik üçün 80 min dollar xərcləyib.