Bağdadda ABŞ hava qüvvələtinin raket zərbəsi nəticəsində həlak olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin nəşi vətənə yola salınıb.
“Axin.az” bu barədə İRİB-ə istinadən xəbər verir.
“ABŞ-ın hücumu nəticəsində həlak olan Süleymani və başqalarının nəşləri Bağdad hava limanından vətənə yola salınıb”,- məlumatda qeyd olunur.