axin.az

SON DƏQİQƏ

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

6-12-2019, 17:50

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

Türkiyə, İngiltərə, Almaniya və Fransa arasında dördtərəfli zirvə keçirdik. Bu zirvədə xüsusən “Sülh çeşməsi” əməliyyatını nəzərdən keçirdik. Hazırladığımız sənədləri, informasiyaları təqdim etdik.

“CNN Türk” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda onu müşayiət edən türk jurnalistlərlə görüşü zamanı deyib.

“Bununla yanaşı, diqqətdə saxladıqları bir məsələ var: “Buradan nə zaman çıxacaqsınız?” Biz də onlara “bəs sizin burada nə işiniz var?” sualını verdik. Burada sərhədiniz var? Yoxdur. Sizə qarşı hücum var? Nə işiniz var axı burada? Bizim burada 911 kilometrlik sərhədimiz var. Hücumlar bizə edilir, biz şəhidlər veririk. Sizin hər hansı insan itkiniz, yaralınız varmı? Yoxdur. Bəs burada nə işiniz var, bizə bu sualı vermək haqqını haradan almısınız? “Baxın” dedim, çox açıq və qəti şəkildə söyləyirəm, Tel Abyad və Ras əl-Eyndə müəyyən etdiyimiz o sülhü təmin etməmiş buranı tərk etməyimiz mümkün deyil. Çünki biz buraya bir sülh üçün girdik və sülhü təmin edəcəyik”, - Ərdoğan bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA