axin.az

SON DƏQİQƏ

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

6-12-2019, 15:34

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır
Böyük ehtimalla Rusiya ilə Türkiyə 2020-ci ildə “S-400” “Triumf” sistemlərinin əlavə partiyasının alınması haqda sənədə imza atacaqlar.

Axin.az xəbər verir ki, bu haqda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.

D.Şuqayev qeyd edib ki, tərəflər məsələ ilə bağlı sistemli iş aparır, hər iki ölkə bu sahədə əməkdaşlığı davam etdirmək istəyir. O, əlavə edib ki, Rusiya Türkiyəyə rəqabətli qiymətlər çərçivəsində döyüş qırıcıları təklif etməyə də hazırdır.

Dekabrın 2-də Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi bildirib ki, Türkiyə böyük ehtimalla Rusiyadan növbəti partiya “S-400”-ləri əldə edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA