axin.az

SON DƏQİQƏ

TRACECA ilə yükdaşımaların həcmi bir milyard tona çatıb

6-12-2019, 13:19

TRACECA ilə yükdaşımaların həcmi bir milyard tona çatıb

1990-cı illərdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə yükdaşımaların illik həcmi 200 min ton təşkil edirdi, hazırda isə bu rəqəm 300 dəfə çoxdur.
Report xəbər verir ki, bunu TRACECA-nın baş katibi Mirça Ciopraqa deyib.

O, bu barədə Bakıda keçirilən, dəhlizin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında danışıb.
Qonaq vurğulayıb ki, bu günə qədər dəhlizlə bir milyard ton yük nəql edilib:

“Bunun 50 faizi karbohidrogendir”.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər TRACECA çərçivəsində dörd milyard avro investisiya qoyuluşu həyata keçirilib, Avropo İttifaqı ilə birlikdə 187 milyon avro dəyərində 85 layihə reallaşdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA