axin.az

SON DƏQİQƏ

Kikboksçu evinə girən silahlı soyğunçuları peşman etdi - VİDEO

2-12-2019, 15:17

Kikboksçu evinə girən silahlı soyğunçuları peşman etdi - VİDEO
Argentinanın Buenos-Ayres şəhərində iki quldur şəxs evdən televizor oğurlamağa cəhd edib, lakin ev sahibinin kikboksinq üzrə təlimatçı olduğu məlum olub.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, hadisə gecə saatlarında evin sahibi Leandro Bogao və həyat yoldaşı yatarkən baş verib. Qonşusunun itlərinin hürməyinə oyanan argentinalı təlimatçı qarətçiləri onun evindən televizor çıxarmaq istəyərkən görüb.

Soyğunçuların silahlı olmasına baxmayaraq, Boqao onlardan birini tuta bilib. Digər qarətçi isə qaçıb. Ev sahibi polislər gələnədək onu saxlayıb.

10 yaşından kikboksla məşğul olan Boqao həmin günü evdə uşaqlarının olmamasından sevindiyini bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA