axin.az

SON DƏQİQƏ

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edib

15-10-2020, 11:33

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edibABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Vaşinqton şəhərində, Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Axin.az”a verilən məlumata görə, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması qəti şəkildə pislənilib.
Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər. Etiraz tədbirində Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Tədbirə ABŞ-dakı türk icmasından da dəstək gəlib.
Aksiyada Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA