axin.az

SON DƏQİQƏ

AFFA süni meydançalar üçün tender elan etdi

8-10-2020, 15:32

AFFA süni meydançalar üçün tender elan etdiAFFA kiçik ölçülü süni örtüklü meydançaların quraşdırılması üçün belə örtüklərin alınması məqsədilə tender elan edib.

"Axin.az"in milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Eyni zamanda qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu oktyabrın 22-i saat 17:00-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.

Ödənişin yarısı əvvəlcədən, digər hissəsi isə mallar çatdırıldıqdan sonra ediləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA