axin.az

SON DƏQİQƏ

Minlərlə soydaşımız Rusiya vətəndaşlığından İMTİNA EDİR - QÜRURVERİCİ SƏBƏB

5-10-2020, 12:28

Minlərlə soydaşımız Rusiya vətəndaşlığından İMTİNA EDİR - QÜRURVERİCİ SƏBƏBQarabağın azadlığı uğrunda dövlətimiz tərəfindən əks-həmlə ilə başladılan savaş bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hətta Azərbaycanın hazırki ərazilərindən kənarda yaşayan soydaşlarımızın qəlbi də bu gün vətən üçün atır, hər kəs vətən naminə bu AZADLIQ YÜRÜŞÜNDƏ iştirak etmək istəyir.

Axin.az-a diplomatik mənbələrdən daxil olan informasiyaya görə, hazırda Rusiyada yaşayan və əsgərlik yaşı çatan minlərlə gəncimiz bu gün Azərbaycan Ordusunun sıralarında xidmət etmək üçün Rusiyadakı səfirlik və konsulluqlarımıza müraciət ediblər.

Mənbə Axin.az-a bildirir ki, onların əksəriyyəti rusiya vətəndaşı olduqlarından və Azərbaycan Ordusunda xidmət etmələri bu səbəbdən mümkün olmadığından qarşılarındakı hüquqi baryeri aşa bilmələri üçün qollarını çırmayıblar.

Məlumata görə, artıq minlərlə Rusiya vətəndaşı olan gəncimiz RF-də müvafiq qurumlara Rusiya vətəndaşlığından imtina üçün müraciət ediblər.

QƏLƏBƏ BİZİMLƏDİR!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA