İtaliyanın “Fiorentina” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Axin.az xəbər verir ki, klubun rəsmi saytı “Milan”ın sabiq futbolçusu Cakomo Bonaventura ilə müqavilə imzalandığını açıqlayıb. İtaliya mətbuatı sözləşmənin 2022-ci ilin yayına qədər olduğunu yazıb.
31 yaşlı yarımmüdafiəçi Florensiya klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddətdə 184 oyuna 35 qol vurub.