Türkiyəli aktrisa Berrak Tüzünataç ilə iş adamı Bərk Suyabatmaz 8 aylıq münasibətdən sonra yollarını ayırıb.
Axin.az xəbər verir ki, Çeşmə ərazisində istirahət edən cütlük dost qalmaq qərarına gəlib. Aktrisa ayrılığın ardından Bodruma yollanıb.
Onlar sosial şəbəkədən birgə fotolarını silərək biri-birilərini izləmədən çıxarıblar.