Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlaması nəticəsində həlak olanların və xəsarət alanların sayı artıb.
"axin.az" bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı isə 172 nəfərədək artıb. Daha 19 nəfər ölüb.
Qeyd edək ki, hadisə dünən Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Qəza yerinə 450-dən çox yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.