Əfqanıstanın qərbində yerləşən Qor əyalətində “Taliban” hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 7 əməkdaşı ölüb.
“axin.az” “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.
Məlumata görə, “Taliban” silahlıları əyalətin Pasaband qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb.