Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
“axin.az”ın yerli bürosu xəbər verir ki, COVID-19-a yoluxanlar Kirəç-Muğanlı kəndinin sakinləridir.
Hazırda həmin şəxslərin təmasda olduğu insanlar müəyyən edilir.
Qeyd edək ki, bu vaxta qədər rayonda koronavirusa 43 yoluxma halı olub.