axin.az

SON DƏQİQƏ

Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

6-06-2020, 09:10

Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olunduLiviyada feldmarşal Xəlifə Hafterin məğlub olduğu elan edilib.

Axın.az “Haberler”ə istinadən xəbər verir ki, bunu Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni açıqlayıb.

O, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin ordusunun ölkə paytaxtı Tripoli və Tarhunədəki uğurlarından sonra “Twitter” hesabında yazıb: “Bu gün qələbəmizi qeyd edirik. Bu gün Tarhune azadlığına qovuşdu. İqtidar oğrusu Hafterin macərası rəsmən baş çatdı...

Yaxın günlərdə şərq, qərb, şimal, cənub (Liviyanın bütövlüyünü nəzərdə tutur - red.) hamımız birlikdə olacağıq. Hər kəsi, özəlliklə gəncləri keçmişdən dərs almağa, siyasi iradələri üzərində hakimiyyət qurmaq istəyənlərə, yaxud siyasət tacirlərinə izn verməməyə çağırıram.

Məğlub olmuş, zamanı bitmiş bir qatillə deyil, sağlam qüvvələrlə barış və dialoq qurmaq vaxtıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA