axin.az

SON DƏQİQƏ

Londonda yerləşən şirkətlər Amsterdama köçüb

2-06-2020, 21:31

Londonda yerləşən şirkətlər Amsterdama köçübLondonda yerləşən 100-dən artıq beynəlxalq şirkət “Brexit”lə bağlı Amsterdama köçüb, daha 300-ü də bununla bağlı Niderland hökumətilə danışıqlar aparır.

Axın.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı ticarət nümayəndəsi Andrey Makarov bildirib.

Artıq Amsterdama köçmüş şirkətlər arasında “Sony”, “Panasonic”, “Discovery”, “Mitsubishi”, “Hitachi”, “Canon” kimi nəhənglərin adını çəkən diplomat hazırda Amsterdam şəhərinin əslində Yaponiya şirkətləri üçün hub vəziyyətinə gəldiyini, üstəlik, Avropa Tibb Agentliyi kimi bəzi beynəlxalq təşkilatların da bu axına qoşulduğunu dilə gətirib.

Bununla belə ÜDM-inin 7 faizinin Böyük Britaniya ilə əməkdaşlığın payına düşdüyü Niderland da “Brexit”dən zərər çəkir: “Brexit" amili yaratdığı müəyyənsizlik və istehsalat zəncirlərini qırdığı üçün Niderland iqtisadiyyatı üçün 2030-cu ilədək 2 milyarddan 10 milyard avroyadək məbləğdə dəyərləndirilən itkilərə gətirib çıxarmaqla yanaşı, iri beynəlxalq şirkətlərin ölkəyə köçməsilə əlaqədar böyük faydalara da səbəb olacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA