axin.az

SON DƏQİQƏ

İtaliyada koronavirusun fəallığında azalma: ikinci dalğa olmaya bilər

2-06-2020, 09:48

İtaliyada koronavirusun fəallığında azalma: ikinci dalğa olmaya bilərİtaliyada koronavirusa yoluxma fəallığı azalmağa başlayıb.

“RİA Novosti” xəbər verir ki, bunu Milanda yerləşən San-Raffaelle xəstəxanasının baş həkimi Alberto Zanqrilo deyib.

O izah edib ki, COVID-19 xəstələrində aparılan son analizlərdə virusun yoluxucu keyfiyyətinin aşağı düşdüyü müşahidə olunur. Bu da virus yükünün azalması mənasını verir:

“Son 10 gün ərzində götürülən yaxmaların nəticələrində virus yükünün bir və ya iki ay əvvəlkilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalması müşahidə edilir”.

Həkimin sözlərinə görə, əldə edilən nəticələr İtaliyada pandemiyanın ikinci dalğasının olmayacağını deməyə əsas verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA