axin.az

SON DƏQİQƏ

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

28-05-2020, 17:30

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi


ABŞ-da koronavirusun yayılması yeni rekorda səbəb olub.

“Report” xəbər verir ki, yoluxucu xəstəlik səbəbindən ölənlərin sayı 100 minlik həddi keçib.

ABŞ federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə 100 047 nəfər koronavirus səbəbi ilə ölüb. Bu, dünya üzrə ən böyük göstəricidir. ABŞ yoluxanların ümumi sayına görə də liderdir - təqribən 1,75 milyon nəfər.

Son sutka ərzində ən çox yoluxma hadisəsi Braziliyada qeydə alınıb – təxminən 20,6 min. Bu həm də sutkalıq rekord artımdır. Cənubi Amerikanın ən böyük ölkəsində koronavirusa yoluxanların ümumi sayı 400 min nəfəri keçib. Üstəlik, son bir neçə gündə infeksiyanın yüksək yayılması səbəbi ilə bu ölkə yoluxmuş insanların sayına (təxminən 414 min nəfər) görə dünyada ikinci yerə çıxıb.

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri dünyada 5,8 milyondan çox insan koronavirusa yoluxub, onlardan 358 minə yaxın insan ölüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA