axin.az

SON DƏQİQƏ

Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatır

23-05-2020, 16:00

Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatırUkraynada daha 432 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 580-a çatıb.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 605-ə yüksəlib.

İndiyədək Ukraynada 6 929 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA