axin.az

SON DƏQİQƏ

“Wizzair” Gürcüstana uçuşları bərpa etməyə hazırdır

22-05-2020, 17:31

“Wizzair” Gürcüstana uçuşları bərpa etməyə hazırdırMacarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstana uçuşları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, aviaşirkət artıq Vilnüs-Kutaisi istiqaməti üzrə birbaşa uçuşların bərpasına hazırdır.

N.Turnava qeyd edib ki, Baltikyanı ölkələr arasında hava əlaqəsi artıq bərpa olunub: “Gürcüstan bu ölkələrin hər biri ilə turist səfərlərini bərpa etməyə hazırdır”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə hazırlaşır. Artıq 20-dən artıq aviaşirkətlə Gürcüstana uçuşların bərpası ilə bağlı razılıq əldə olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA