axin.az

SON DƏQİQƏ

ABŞ-da pandemiya səbəbi ilə 39 milyon insan işini itirib

22-05-2020, 14:14

ABŞ-da pandemiya səbəbi ilə 39 milyon insan işini itiribABŞ-da, təqribən, 39 milyon sakin yeni növ koronavirusun yayılması təhlükəsi ilə bağlı ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən işsiz qalıb.

“Axin.az” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-ın Əmək Nazirliyinin məlumatına istinadən yazıb.

Məlumatda göstərilir ki, son həftə ərzində 2,4 milyondan çox insan işsizlik müavinəti almaq üçün müraciət edib. Müavinət almaq üçün müraciət edənlərin ümumi sayının 38,6 milyon nəfərə qədər artdığı qeyd olunur.

Bununla yanaşı, nazirlikdən son yeddi həftə ərzində daxil olmuş müraciətlərin sayında azalma müşahidə olunduğu bildirilib. “Amma yenə də bu, böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur”, - məlumatda vurğulanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA