axin.az

SON DƏQİQƏ

Günay sevgilisini polisə şikayət etdi

22-05-2020, 13:11

Günay sevgilisini polisə şikayət etdiModel Günay Musayeva və keçmiş sevgilisi, iş adamı Taha Tatlıcı arasında qalmaqal bitmir.

Axin.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl də şiddət məlumatları ilə gündəmə gələn cütlük yenidən polis bölməsinə yollanıblar.

Məlumatda bildirilib ki, Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA