axin.az

SON DƏQİQƏ

Britaniyada bir gündə koronavirusdan 363 nəfər ölüb

21-05-2020, 11:42

Britaniyada bir gündə koronavirusdan 363 nəfər ölüb

Son bir gün ərzində Britaniyada COVID-19-a daha 2 472 yoluxma aşkarlanıb.

“Axin.az” xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da virusa yoluxma ilə aşkar edilmiş halların ümumi sayı 248 293-ə çatıb.

Ölkədə son sutkada koronavirusdan 363 nəfər ölüb. Beləliklə krallıq ərazisində pandemiya qurbanlarının ümumi sayı 35 704 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA