axin.az

SON DƏQİQƏ

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər koronavirusla bağlı “qaynar nöqtə”lərə çevrilib

20-05-2020, 19:54

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər koronavirusla bağlı “qaynar nöqtə”lərə çevrilibGürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadıqları Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri “qaynar nöqtə”lər olaraq qalır.
Axin.az-in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hər iki kənddə minə yaxın insan koronavirusla bağlı test olunub: “Muşevanidə 51, Getada isə 18 sakində virus aşkarlanıb”.

Qeyd edək ki, Bolnisidə COVID-19-a yoluxanların ümumi sayı 160 nəfərdir. Onların 66-sı artıq sağalıb, 3-ü isə dünyasını dəyişib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA