axin.az

SON DƏQİQƏ

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

20-05-2020, 14:06

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildiSinqapur hökuməti sakinlərə ictimai nəqliyyatda mobil telefonlarla danışmağı qadağan edib.

İnsanlar infeksiyaların ötürülmə riskini azaltmaq üçün ictimai nəqliyyatda bir-biri ilə ünsiyyəti minimuma endirməyə çağırılıb.

TASS-ın verdiyi məlumata görə, bu, iyunun 1-dən sonra ölkənin tədricən karantin rejimindən çıxmasından sonrakı dövrə aid tədbirlərə aiddir.

“Bilirik ki, bir metrə qədər olan sosial məsafəni saxlamaq nəqliyyatda çox çətin olacaq. Həyat tədricən normal halına dönməyə başlayanda bir çox müəssisələrin fəaliyyəti bərpa ediləcək, məktəblərdə və universitetlərdə dərslər başlayacaq. Buna görə də, bir sıra təhlükəsizlik tədbirləri görməliyik”, - deyə, Sinqapur hökumətinin nəzdində işçi qrupunun həmsədri, Milli İnkişaf naziri Lourens Von bildirib.

O qeyd edib ki, metroda və avtobuslarda sakinlər telefonla danışmaqdan və bir-biri ilə ünsiyyətdən çəkinməlidirlər. Bununla yanaşı, qoruyucu maskaların məcburi taxılması davam edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA