Rusiyanın paytaxtı Moskva ətrafında Mi-8 hərbi helikopteri sərt eniş edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə Klinsk rayonunda qeydə alınıb. Rusiya Kosmik Hava Qüvvələrinin hərbi Mi-8 helikopteri "Zaxarovo" kəndində sərt eniş edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, helikopterin ekipajı aldığı xəsarətlərdən həlak olub.
Qeyd edilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər. Hadisə yerinə Rusiya Kosmik Hava Qüvvələrinin komandanlığı cəlb edilib.