axin.az

SON DƏQİQƏ

Yaponiya Kuril adalarını öz ərazisi adlandırdı

19-05-2020, 15:04

Yaponiya Kuril adalarını öz ərazisi adlandırdıYaponiya yenidən Kuril adalarının bir hissəsinin özünə məxsus olduğunu bildirib və Kunaşir, İturup, Şikotan və Habomai adalarının Yaponiyaya aid olması barədə ifadəni yenidən gündəmə gətirib.

Yaponiyanın “Kiodo” agentliyi xəbər verir ki, bu, Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteginin hökumətə təqdim etdiyi məruzədə qeyd olunub.

Kuril adaları ilə bağlı danışıqlar Moskva və Tokio arasında koronavirus səbəbindən təxirə düşüb.

Qeyd edək ki, Yaponiyada Kuril adaları Şimal Ərazilər adlandırılır. Sovet İttifaqı adaları 1945-ci ildə, İkinci Dünya Müharibəsində Yaponiyanın kapitulyasiyasından bir qədər əvvəl zəbt edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA