axin.az

SON DƏQİQƏ

Latın Amerikasında koronavirusdan ölənlərin sayı 8,5 dəfə artdı

19-05-2020, 09:41

Latın Amerikasında koronavirusdan ölənlərin sayı 8,5 dəfə artdıLatın Amerikası ölkələrində koronavirusa yoluxanların və infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı kəskin artıb.

Axın.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkələrin Səhiyyə Nazirliklərinin məlumatları bunu deməyə əsas verir.

Belə ki, bir ay ərzində bu ölkələrdə COVID-19-a yoluxanların sayı 7 dəfə (542 963 nəfər), ölənlərin sayı isə 8,5 dəfə (30 396) artıb.

Pandemiya səbəbindən xəstələnən və ölənlərin yarısı Braziliyadadır (254 220 yoluxma, 16 792 ölüm). İkinci yerdə Perudur. Burada COVID-19-a yoluxan 94 933 nəfərin 2 789-u vəfat edib.

Meksika hazırda üçüncü (51 633 yoluxma, 5 332 ölüm), Çili dördüncü (46 059 yoluxma, 478 ölüm) Ekvador isə (33 582 yoluxma, 2 799 ölüm) beşinci yerdədir.

Kolumbiyada da koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilib. Belə ki, ölkədə bir ay əvvəl 3 105 nəfərdə infeksiya aşkarlanmışdısa, hazırda bu rəqəm 16 925-dir.

Regionda ən az yoluxma faktı Kosta-Rika (866 və10), Paraqvay (788 və 11) , Uruquvay (737 və 20), Venesuela (618 və 10) və Nikaraquada (25 və 8) qeydə alınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA