axin.az

SON DƏQİQƏ

İtaliyada pandemiyadan bəri ən az ölüm qeydə alındı

18-05-2020, 20:30

İtaliyada pandemiyadan bəri ən az ölüm qeydə alındıİtaliyada son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən 99 nəfər dünyasını dəyişib. Son gündə müşahidə edilən ölüm sayı pandemiyanın başlanğıcından bəri ən aşağı göstəricidir.

“axin.az” xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin xülasəsində qeyd edilib. Qeyd olunub ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 32 007-ə çatıb.

Son sutkada müalicə alan 2 150 xəstə sağalsa da, 451 yeni yoluxma qeydə alınıb.

Bildirilib ki, infeksiyaya yoluxan 225 886 nəfərin 127 326-sı sağalıb.

Qeyd edək ki, İtaliya iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib. Ölkəyə bütün yollarla giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Ölkə daxilində də gediş-gəliş tam sərbəst olacaq.

Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA