axin.az

SON DƏQİQƏ

Bolnisinin bir sıra kəndlərində sərt karantin ləğv olunur

18-05-2020, 21:00

Bolnisinin bir sıra kəndlərində sərt karantin ləğv olunurGürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun bir sıra kəndlərində mayın 19-dan etibarən sərt karantin məhdudiyyətləri götürülür.

Axin.az-in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, sabahdan Naxiduri (Arıxlı), Parizi (Muğanlı), Tsurtavi (Kolagir), Daba Tamarisi, Xidiskuri (Həsənxocalı), Muxrana (Daşdıqullar), Balaxauri (Sisqala) və Mtsqneti (Əsmələr) kəndlərində karantin rejimi ləğv ediləcək.

Kəndlərdə Gürcüstanda mayın 22-dək davam edən fövqəladə vəziyyət rejimi çərçivəsindəki digər məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Bolnisinin Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri hələ tam təcrid vəziyyətində qalacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA