axin.az

SON DƏQİQƏ

ABŞ-da qazma qurğularının sayı tarixi minimum həddə enib

18-05-2020, 17:23

ABŞ-da qazma qurğularının sayı tarixi minimum həddə enib
ABŞ-dakı neft-qaz qazma qurğularının sayı bu barədə hesablamaların başladığı 1944-cü ildən sonrakı dövr üçün minimum həddə enib.

“Axin.az” “Baker Hughes” sənaye xidmətləri şirkətinə istinadən xəbər verir ki, ötən həftə ərzində ölkə ərazisindəki qurğuların sayı 35 ədəd azalaraq 339-dək enib. Bunlardan fəaliyyət göstərən neft qazma qurğuları 258 olub ki, bu da 2009-cu ilin iyul ayından sonrakı dövr üçün ən aşağı rəqəmdir. Ötən il isə ABŞ-da 987 neft və qaz qazma qurğusu, o cümlədən 802 neft qazma qurğusu vardı.

Qeyd edək ki, ABŞ-da neft hasilatının azalması COVID-19 pandemiyası ilə bağlı tələbatın azalması, habelə dünya bazarında qiymət müharibələri üzündən baş verib. Belə ki, aprel ayında WTI markalı neftin qiymətləri hətta mənfi rəqəmlərədək azalmışdı. Prezident Donald Tramp neft şirkətlərinə yardım planını hazırlamaq tapşırığı verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA