Ötən gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxmadan sonra sağalanların sayı 1 458 nəfər təşkil edib.
“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt merinin müavini Anastasya Rakova bildirib.
O, qeyd edib ki, bununla da Moskvada COVID-19-dan sağalanların sayı 27 mini ötüb.
"Moskvada sağalanların sayı sabit olaraq artır. Ötən gün ərzində müalicə olunduqdan sonra daha 1 458 insan sağaldı. İnfeksiyadan sağalan insanların ümumi sayı 27 490 nəfərə qədər artdı", - Rakova deyib.