axin.az

SON DƏQİQƏ

Almaniyada COVID-19-a yoluxanların sayı 174 mini ötdü

17-05-2020, 16:53

Almaniyada COVID-19-a yoluxanların sayı 174 mini ötdüAlmaniyada daha 583 nəfər koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu barədə “Axin.az” Robert Kox İnstitutuna istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə pandemiya ərzində koronavirusa ümumilikdə 174 355 yoluxma qeydə alınıb. Bundan başqa, bir gündə 33 pasiyent virusun qurbanı olub.

Ölkədə ölüm hallarının ümumi sayı 7 914-ə çatıb.

Bu halda COVID-19 infeksiyasından 153,4 min insan sağalıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA