Fransada son 24 saat ərzində 96 nəfər COVID-19-un qurbanı olub.
“Axin.az”in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, koronavirusa yoluxan 98 449 nəfər xəstəxanaya yerləşdirilib. Müalicə alan 61 066 pasiyent xəstəxanalardan evə buraxılıb.
Martın əvvəlindən 27 625 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Son gün ərzində 350 nəfərin müalicəsi müsbət nəticələnib. Ümumilikdə isə 19 432 nəfər tibb müəssisələrində müalicələrini davam etdirirlər. Onlardan 2 132-sinin vəziyyəti ağırdır.