Yunanıstanda xəzinə axtaran 34-50 yaşında 4 kişi Lutraki şəhərində mağarada ölüb.
“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli KİV yayıb.
Bu şəhər Yunanıstan paytaxtı Afinada 90 km aralı, Korint (Korinfsk) körfəzi sahilində yerləşir. Şəhər qədimdən termal suları ilə tanınır. Hadisə isə şəhərin Karbunari rayonunda baş verib. Mağarada 4 kişi meyiti aşkarlanıb. Bildirilib ki, onlar xəzinə axtarırmış. Bu məqsədlə haranısa partlatmaq istəyiblər. Onların əlində partlayıcının məftili qalıb.