Gürcüstan koronavirus pandemiyası dövründə Azərbaycanda müvəqqəti olan və yaşayan 742 vətəndaşına kömək göstərib.
“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstanın Azərbaycandakı səfirliyi 712, Gəncədəki Baş konsulluğu isə 30 vətəndaşa yerində dəstək göstərib. Bu dəstəyə yaşayış yeri, qida məhsulları, tibbi ləvazimatlarla təminat və onlayn məsləhətlər daxildir.
Mayın 15-nə olan məlumata əsasən, Gürcüstan xarici ölkələrdə olan 20 302 vətəndaşına yerində kömək göstərib, 11 046 vətəndaşını isə vətənə təxliyə edib.