Dünyada koronavirusa yoluxanların sayı 4,09 milyon nəfərə çatıb.
“Axin.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, son bir gün ərzində dünyada koronavirusa daha 82 min yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 283 min nəfəri ötüb.