Aktrisa Hazal Kaya 5 aylıq oğlu Fikret Alinin üzünü ilk dəfə göstərib.
Axin.az xəbər verir ki, sənətçi Analar günü ilə bağlı paylaşım edib. 5 il birlikdə olduğu Ali Atayla nikah masasına oturan Kaya oğlu qucağında obyektiv qarşısına keçib.
Bu günə qədər övladının üzünü gizlədən Hazal qaydasını bayram münasibətilə pozduğunu etiraf edib.
"Analar gününə güclə çatdıq. Uşağa baxmaq çətindir. Bu gün mənim bir insan övladına baxarkən qeyd etdiyim ilk Analar günümdür. Hər hansı bir canlıya qarşılıq gözləmədən baxan, diqqə ayıran, doyuran bütün qadınların bayramı mübarək olsun" deyə, aktrisa bildirib.