axin.az

SON DƏQİQƏ

Moskvada hava paradı keçirildi

9-05-2020, 19:15

Moskvada hava paradı keçirildiMoskva şəhərinin səmasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hava paradı keçirilib.

“Axin.az”in Rusiya bürosu xəbər verir ki, paraddan əvvəl Rusiya prezidenti Vladimir Putin təbrik nitqi söyləyib.

“Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yaşadan əbədi məşəl Kreml divarları qarşısında daim alovlanır. Milyonlarla insan arzuladıqları, uğrunda vuruşduqları Qələbə gününü görmədilər. Biz yaşayaq deyə, sonrakı nəsillər yaşasın deyə onlar son nəfəslərinədək vuruşdular. Bu müharibədən qayıtmayanların xatirəsi qarşısında təzim edirik. Bizim veteranlar da həyat uğrunda, ölümə qarşı döyüşüblər, bizə nümunə olan həmrəylik göstəriblər. Bir yerdə olduğumuz zaman bizə zaval yoxdur”, - Rusiya lideri qeyd edib.

Hava paradında “Mİ26”, “Mİ8AMTS”, “Mİ35M”, Q”Ka52” tipli hərbi helikopterləri, “SU34”, “SU35C”, “SU30CM” döyüş təyyarələri, habelə Rusiya hava qüvvələrinə məxsus nümayiş dəstələri iştirak ediblər. Sonda “SU25” tipli altı təyyarə səmanı Rusiya dövlət bayrağının rəngləri ilə bəzəyiblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA