axin.az

SON DƏQİQƏ

ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdı

9-05-2020, 11:33

ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdıABŞ-da işsizlik nisbəti aprel ayında rekord 14,7 faizə yüksəlib, bir ay ərzində 20,5 milyon insan işsiz qalıb.

“Axin.az”in məlumatına görə, bu barədə “The Washington Post” qəzeti Əmək Departamentinə istinadən xəbər verib. Qeyd olunub ki, bu, yarım əsr ərzində ən yüksək rəqəmdir.

Analitiklər hesab edir ki, ölkədə işsizlik səviyyəsinin azalması üçün bir ildən çox vaxt lazımdır.

Ölkə prezidenti Donald Trampın “iş yerlərinin hamısı geri qaytarılacaq və çox tezliklə geri qaytarılacaqlar” sözlərinə iqtisadi ekspertlər o qədər də müsbət yanaşmır. “Stifel”in baş iqtisadçısı Lindsey Piqza 2021-ci ildə işsizlik nisbətinin təxminən 10 faiz olacağını söyləyib.

Ani iqtisadi böhran milyonlarla amerikalını kömək üçün hökumətə müraciət etməyə məcbur edib. İş yerlərinin itirilməsi otel sənayesi ilə başlayıb. Belə ki, aprel ayında 7,7 milyon nəfər işsiz qalıb.

Daha sonra pərakəndə ticarət mərkəzlərində işləyən 2,1 milyon nəfərin, istehsalatdakı 1,3 milyon nəfərin əmək müqaviləsinə xitam verildi. Əmək Nazirliyi həqiqi işsizlik nisbətinin daha yüksək, 20 faiz ola biləcəyini bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA