axin.az

SON DƏQİQƏ

Türkiyədə koronavirusdan sonra kafe və restoranlar belə fəaliyyət göstərəcək

7-05-2020, 15:36

Türkiyədə koronavirusdan sonra kafe və restoranlar belə fəaliyyət göstərəcək“Türkiyədə kafe və restoranlar ən geci iyun ayında xidmət göstərməyə başlayacaq”.

“Yeni Şafak” nəşrinin məlumatına görə, bunu Türkiyənin Restoranlar və Turizm Dərnəyi (TÜRES) sədri Ramazan Bingöl deyib.

“Müəssisələr açılanda, hələlik dəqiq bir qərar olmasa da, obyektin potensialının 50 faizi qədər müştəri qəbul edilməsi tələbi gündəmdədir. Müəssisəyə gələn bütün müştərilərin temperaturu ölçüləcək və masaların arasında 2-2,2 metr məsafə olacaq.

Masada duzqabı, istiotqabı olmayacaq, bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paketlərdə veriləcək. Tələb edənlərə birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl-qaşıq təqdim olunacaq və ya mövcud çəngəl-bıçaqlar təmassız şəkildə qablaşdırılıb masaya gətiriləcək, müştəri özü həmin paketləri açacaq.

Bundan əlavə, özünəxidmətə üstünlük veriləcək”, - deyə R.Bingöl bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA