axin.az

SON DƏQİQƏ

Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxub

7-05-2020, 15:54

Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxubABŞ-da - Nyu-Yorkda 40-dan çox polis əməkdaşı COVID-19 pandemiyasından həyatını itirib.

Bu barədə ABC telekanalına müsahibəsində Nyu-York Polis İdarəsinin komissarı Dermot Şi məlumat verib.

D.Şi bildirib ki, təkcə ötən gün üç asayiş keşikçisi COVID-19-un qurbanı olub.

ABC telekanalının araşdırması nəticəsində məlum olub ki, ümumilikdə polis əməkdaşları və polis idarələrinin mülki işçiləri arasında 5 300 şəxsin yeni növ koronavirus pandemiyasına yoluxduğu aşkar edilib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma sayına görə (1 263 224) siyahıda ilk yerdə qərarlaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA