axin.az

SON DƏQİQƏ

Belçikada koronavirusa yoluxanların sayı 50 mini ötdü

4-05-2020, 19:00

Belçikada koronavirusa yoluxanların sayı 50 mini ötdüBelçikada ötən sutkada 361 nəfərə koronavirus diaqnozu qoyulub.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 80 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, ölkədə pandemiyanın başlanğıcından 50 256 nəfərdə koronavirus aşkarlanıb, 7 924 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 582 000-i ötüb. Bunların 1 160 080 nəfəri sağalıb, 248 561 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA