İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb.
“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 264-ə çatıb. Bundan başqa, yoluxma hallarının sayı da 838 artaraq 217 466-ya yüksəlib.
Ölkədə müalicə alan 118 902 koronavirus daşıyıcısı sağalaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.