Gürcüstanda koronavirusa yoluxanların sayı 7 nəfər artaraq 589-a çatıb.
“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 207 nəfər sağalıb, 8 nəfər isə ölüb.
Hazırda ölkə üzrə karantində 5 066, stasionar nəzarətdə isə 528 nəfər saxlanılır.